Rusiya nümayəndə heyəti Rusiya və ABŞ arasında sabah İstanbulda keçiriləcək görüşdən əvvəl İstanbula gəlib.
Elchi.az xəbər verir ki, Rusiyanın RİA Novosti agentliyinin verdiyi xəbərə görə, sabah İstanbulda keçiriləcək Rusiya – ABŞ danışıqlarında iştirak edəcək Rusiya nümayəndə heyəti İstanbula gəlib.
ABŞ və Rusiya nümayəndə heyətlərinin İstanbuldakı görüşü sabah saat 10:00-da Rusiyanın İstanbuldakı Baş Konsulluğunda keçiriləcək.
İstanbulda keçiriləcək görüşdə Rusiya nümayəndə heyətinə Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev rəhbərlik edəcək.
ABŞ nümayəndə heyətinə dövlət katibinin Rusiya və Mərkəzi Avropa üzrə köməkçisinin müavini Sonata Kulter rəhbərlik edəcək.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, “ABŞ ilə məsləhətləşmələrin ikinci raundu sabah keçiriləcək. Danışıqların yeri, formatı və iştirakçıları dəyişməyib. Məsləhətləşmələr İstanbulda keçiriləcək” deyib.
Rusiya və ABŞ nümayəndə heyətləri ilk olaraq fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir araya gələrək, ikitərəfli əlaqələrin bərpası və Ukraynada müharibənin dayandırılması kimi mövzuları müzakirə ediblər.
ABŞ və Rusiya nümayəndə heyətləri iki ölkə arasında münasibətlərin normallaşdırılması çərçivəsində səfirliyin fəaliyyətini müzakirə etmək üçün fevralın 27-də İstanbulda ABŞ-ın İstanbuldakı Baş Konsulluğu iqamətgahında ilk görüşünü keçirib.
Arnavutköydəki görüş təxminən 6,5 saat davam edib.
Türkiyə həm sülhə töhfə verməyə, həm də danışıqlara ev sahibliyi etməyə sadiqdir.
Nuranə Məmmədova