image-editor_2b590b9c2ab926e09c778233212a9c1c_3yivg1wfbsjemzqct69x-768x403backend

Bu şəxslər hərbi xidmətə çağırılmayacaq – Rəsmi

Azərbaycanda bakalavr və magistratura təhsil pillələrini bitirən şəxslər hərbi xidmətə çağırılır. Lakin doktarantura təhsili alanların əsgər gedib-getməyəcəyi sualı cəmiyyətdə maraq doğurur.
Bəs doktorantlar hərbi xidmətə çağırılacaq?
Elchi.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Pərviz Sədrəddinov Mətbuat.az-a açıqlamasında doktorantların alimlik dərəcəsi aldıqları təqdirdə hərbi xidmətə çağırılmayacaqlarını bildirib.
“Lakin təhsil aldıqları müddət ərzində müdafiə edə bilməsələr, onlar da hər bir Azərbaycan vətəndaşı kimi hərbi xidmətə cəlb ediləcəklər”, – deyə o əlavə edib.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki