Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxslər saxlanılıb.
Bu barədə Elchi.az – a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində 1 (1996-cı il təvəllüdlü Shahroz Muhammad Pakistani), “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Rusiya istiqamətində isə 4 (2006-cı il təvəllüdlü Haider İrfan Ali Vahab, 1994-cü il təvəllüdlü Rehman Zaid Jamil Abdul, 2002-ci il təvəllüdlü Hüssain Rahid Hüssain Hamid, 2003-cü il təvəllüdlü Asif Muhammed Noor) Pakistan vətəndaşı, “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində 1 Əlcəzair vətəndaşı (1990-cı il təvəllüdlü El Haouati Mohammad) dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.
Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.