image-c9bb51a1-0771-3e82-8618-196617ddc41a_850-1backend

Ermənistanın iki kəndinin sakinləri nəqliyyat problemlərinə görə etiraz aksiyası keçirirlər

Ermənistanda Kasax və Proşyan kəndlərinin sakinləri icmaların nəqliyyat problemlərinin həll edilməsi tələbi ilə Aştarak-İrəvan yolunu bağlayıblar.

Elchi.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

“Vergi və rüsumları artırdılar, indi isə gediş haqqını qaldırırlar və insanların bir-birinin üstündə oturduğu “Qazel”ləri bizə qaytarırlar. Bizə əlil insanlar üçün uyğun olmayan mikroavtobuslar təklif edirlər. Bundan başqa, maşınların sayı az olacaq, bu isə o deməkdir ki, mikroavtobuslar böyük intervalla işləyəcək. Gediş-gəliş isə 700 drama ($1,78) başa gələcək”, – etirazçılar bildiriblər.

Bildirək ki, dünən Kasax və Proşyan kəndinin sakinləri ilə hökumət nümayəndələri arasında görüş keçirilib və onlara hər iki kəndi İrəvanla birləşdirən iki marşrutun ləğv ediləcəyi bildirilib.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki