Ölkədə 2024-cü ildə davamlı olaraq aparılan monitorinqlərlə aşkarlanmış 100 küçə uşağından 86-nın ailəsinə səfər edilib.
Elchi.az-ın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda (2024-cü il) əksini tapıb.
Qeyd edilib ki, baxımsız vəziyyətdə olan 5 uşaq Agentliyin sığınacağına, 1 uşaq körpələr evinə yerləşdirilib, 30 uşağın şəxsiyyətini təsdiq edən sənədlərin alınmasına dəstək verilib, təhsildən yayınan uşaqlar Elm və Təhsil Nazirliyinə, sağlamlıq problemləri ilə əlaqədar isə TƏBİB-ə yönləndirilib.