\Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Polşanın Rusiyanın Krakovdakı Baş Konsulluğunu bağlamaq qərarına cavab verəcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Rusiyanın RİA xəbər agentliyinə verdiyi açıqlamada Zaxarova Polşanın Krakovdakı Rusiya Baş Konsulluğunu bağlamaq qərarını dəyərləndirib.
Bu qərarın ikitərəfli münasibətlərə xələl gətirdiyini bildirən Zaxarova: “Bu addım cavabsız qalmayacaq. Lazım olan şəkildə cavab veriləcək. Bu, müvafiq qurumlar arasında prosedur həyata keçirildikdə baş verəcək. Təbii ki, bu barədə Polşa tərəfini məlumatlandıracağıq”. deyib.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Rusiyanın TASS xəbər agentliyinə bildirib ki, qərara cavab olaraq Polşa Kalininqrad və ya İrkutskdakı konsulluğunu bağlaya bilər.
Şayəstə Hüseynova