Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-Ukrayna “iqtisadi tərəfdaşlıq” sazişini imzalayıb.
Elchi.az xəbər verir ki, Ukrayna parlamentinin rəsmi saytından alınan məlumata görə, prezident Zelenski ABŞ-Ukrayna “iqtisadi tərəfdaşlıq” sazişini imzalayıb.
Ukraynaya məxsus nadir torpaq elementləri ilə bağlı iki ölkə arasında əməkdaşlığı da nəzərdə tutan saziş mayın 1-də iki ölkə tərəfindən imzalanıb.
Vaşinqtonda imzalanan saziş daha sonra mayın 8-də Ukrayna parlamenti tərəfindən təsdiqlənib.
Şayəstə Hüseynova