image-turkiye-zelzelebackend

İstanbulda da zəlzələ oldu

İstanbul sahilində 4,1 bal gücündə zəlzələ olub.

Elchi.az xəbər verir ki, bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Mərmərə dənizində baş verib. Yerli vaxtla 07:18-də qeydə alınmış zəlzələnin ocağı 13,6 km dərinlikdə yerləşib.

Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) isə zəlzələ maqnitudasının 3,8 olduğunu açıqlayıb.

Bildirilib ki, seysmoloji hadisənin episentri şəhərin Böyükçəkməcə rayonundan 20 km cənubda yerləşib, ocağı isə 6,84 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Qeyd edək ki, daha əvvəl Egey dənizində 4,9 bal gücündə zəlzələ baş verib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki