image-israil-lubnan-aa-2359620_1backend

İsrail, Livanda atəşkəsə əməl etmir

Ölkənin rəsmi xəbər agentliyi NNA-da yer alan xəbərə görə, İsrail ordusuna aid iki tank və beş zirehli maşın cənubdakı Lehlah bölgəsinə daxil olub.
Elchi.az xəbər verir ki, Tank və zirehli texnika ilə sərhədi keçən İsrail əsgərlərinin Sur şəhərinin Alma əş-Şaab qəsəbəsi yaxınlığında yerləşən Livan ordusuna 100 metr yaxınlaşdığı, İsrail əsgərlərinin tikinti texnikası ilə ərazidə torpaq maneələr və çuxurlar yaratdığı bildirilib.
İsrail ordusunun atəşkəs razılaşmasını açıq şəkildə pozduğu vurğulanan xəbərdə İsrail kəşfiyyat təyyarələrinin də eyni anda bölgədə uçuşlar etdiyinə diqqət çəkilib.
NNA xəbərləri İsrail ordusuna məxsus helikopterlərin də sərhəd bölgəsi yaxınlığındakı qəsəbələr üzərində uçduğunu və Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Sülh Qüvvələrinə (UNIFIL) aid bəzi nöqtələrdə siren səslərinin eşidildiyini bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki