Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində Mirolyubovka qəsəbəsini ələ keçirdiklərini bildirib.
Elchi.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya ordusunun Ukraynadakı hərəkətləri barədə məlumat verilib.
Donbas bölgəsində bəzi mühüm yerlərin nəzarət altına alındığı bildirilən açıqlamada, “Mərkəzi hərbi birləşmələrin qətiyyətli hərəkətləri ilə Donetsk Xalq Respublikasına bağlı Mirolyubovka qəsəbəsi azad edildi”,- ifadələri işlədilib.
Rusiya Müdafiə Nazirliyi dünən Donetsk vilayətindəki Kotlyarovka qəsəbəsini nəzarətə götürdüklərini açıqlayıb.
Nuranə Məmmədova