image-thumbs_b_c_b65e6ea8ae4974268d573f673b014685backend

Netanyahu yeni qırğın elan etdi: Qəzzaya bütün gücümüzlə girəcəyik

İsrail 19 aydır davamlı olaraq hücumlar həyata keçirdiyi Qəzza zolağına qarşı genişmiqyaslı əməliyyat hazırlığına başlayıb. 
Elchi.az xəbər verir ki, İsrail Baş naziri Binyamin Netanyahu İsrail ordusunun Qəzza zolağında əməliyyatlarını artıracağını açıqlayıb.
“Yaxın günlərdə əməliyyatı başa çatdırmaq və HƏMAS-ı məğlub etmək üçün bütün gücümüzlə Qəzzaya girəcəyik”.
“Müharibənin dayandırılmasından söhbət gedə bilməz, lakin biz müəyyən müddət ərzində atəşkəs yarada və sonra sona qədər davam edə bilərik”, – Netanyahu bildirib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki