image-idmannnbackend

Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi müəyyənləşib

Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi müəyyənləşib.

Elchi.az xəbər verir ki, təmsilçilərimiz arasında ən yaxşı nəticə hazırda 69-cu pillədə olan “Qarabağ”a məxsusdur.

Qurban Qurbanovun yetirmələri “Atletik” (İspaniya), “Frayburq” (Almaniya), “Anderlext” (Belçika), “Beşiktaş” (Türkiyə), “Nyukasl” və “Brayton” (hər ikisi İngiltərə) kimi klubları qabaqlayb. Son 5 mövsümün nəticələrinə əsasən tərtib olunan siyahıda Ağdam təmsilçisinin hesabında 32,000 xal var.

Azərbaycanın digər klublarından “Neftçi” (8,000 xal) 187-ci, “Zirə” (4,000 xal) 318-ci, “Sabah” (4,000 xal) 319-cu, “Sumqayıt” (4,000 xal) 323-cü, “Qəbələ” (3,000 xal) 337-ci, əvvəllər “İnter” və “Keşlə” adları ilə fəaliyyət göstərmiş “Şamaxı” (2,500 xal) isə 338-ci yerdədir.

Qeyd edək ki, Avropanın 427 klubunun yer aldığı siyahının ilk pilləsində 143,500 xalla İspaniya təmsilçisi “Real” qərarlaşıb. İngiltərədən “Mançester Siti” (137,750 xal) ikinci, Almaniyadan “Bavariya” (135,250 xal) üçüncüdür.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki