Konqonun şərqində yerləşən Cənubi Kivu əyalətində daşqınlar nəticəsində 110-dan çox insan həlak olub, ən azı 40 nəfər yaralanıb.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə “7sur7” portalı məlumat yayıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, ən çox ziyanın dəydiyi Fizi bölgəsində 150-dən çox ev dağılıb, təxminən 850 nəfər evsiz qalıb.
Bölgə rəhbəri Semmi Kalonci bildirib ki, axtarış-xilasetmə işləri davam edir.
Cənubi Kivuda daşqın mayın 8-9-da güclü yağışlardan sonra başlayıb.