image-kkolbackend

İranda müğənni barəsində çıxarılan edam hökmü ləğv edilib

İran Məhkəməsi tanınmış pop-müğənni Əmir Hüseyn Maqsudlu (Əmir Tatalu) barəsində çıxarılmış edam hökmünü ləğv edib.

Elchi.az xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.

Məlumata görə, Tatalu Məhəmməd peyğəmbərə qarşı təhqirləri ilə bağlı cinayət məsuliyyətinə cəlb edilərək, barəsində edam hökmü çıxarılmışdı. O, İranda qadınların məcburi hicab taxmalarına etiraz edənlərdən olub.

37 yaşlı Tatalu “undergraund” musiqiçisidir. O, yaradıcılığında rep, pop və “R&B” istiqamətlərini birləşdirir. Tatalu İranda yaşadığı zaman bir neçə dəfə həbs edilib. İfaçı 2018-ci ildə İstanbula köçüb. 2021-ci ildə Tatalu “Universal Music Group” ilə birlikdə “Fereshteh” adlı albom buraxıb. 2023-cü ilin dekabrında Türkiyə polisi onu vaxtı keçmiş pasportla ölkəni tərk etməyə çalışarkən İrana təhvil verib. O vaxtdan bəri o, həbsdədir.

Əvvəllər ifaçı, həmçinin fahişəliyi təbliğ etdiyinə görə 10 il azadlıqdan məhrum edilmişdi. Bundan əlavə, ona İrana qarşı təbliğat və “əxlaqsız kontent” dərc etməkdə ittiham irəli sürülmüşdü. 2017-ci ildə Tatalu İranın helikopter qəzasında ölmüş mühafizəkar prezidenti İbrahim Rəisi ilə görüşmüşdü. O, 2015-ci ildə İranın nüvə proqramını dəstəkləyən mahnı oxumuşdu.

Tatalu 2025-ci il yanvarın 20-də Tehranın Birinci Cinayət Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki