image-uyuy764backend

Aİ Maskla əlaqəli şirkətlərlə bağlanan müqavilələrə 300 milyon avrodan çox vəsait xərcləyib

Avropa Komissiyası (AK) amerikalı iş adamı İlon Maskla əlaqəli şirkətlərlə müqavilələrin bağlanmasına təxminən 339 milyon avro xərcləyib.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, Avropa Kosmik Agentliyi 2024-cü ildə İ.Maska məxsus “SpaceX” şirkəti ilə qlobal Avropa naviqasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı müqavilələrə 180 milyon avro xərcləyib. Bütün Avropada elektromobillərin doldurulması üçün stansiyaların tikintisini təmin etmək məqsədilə “Tesla” ilə müqavilələrin bağlanmasına 158 milyon avro sərf olunub.

Bundan əlavə, İ.Maskın 2022-ci ildə aldığı “X”də reklam alışına 630 min avro xərclənib. Avropa Komissiyası 2023-cü ilin oktyabrından etibarən bu platformada reklam almağı dayandırdığını bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki