image-7833backend

İtaliyada 4,4 maqnitudalı zəlzələ olub

İtaliya sahillərində 4,4 maqnitudalı zəlzələ baş verib.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

Zəlzələnin episentri təxminən 974 min nəfərin yaşadığı Neapoldan 12 kilometr qərbdə yerləşib. Yeraltı təkanların ocağı 3 kilometr dərinlikdə olub.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki