image-kkikkibackend

ABŞ İrandan Çinə neft tədarük edənlərin “beynəlxalq şəbəkəsinə” sanksiya tətbiq edib

ABŞ İrandan Çinə neft tədarük edənlərin “beynəlxalq şəbəkəsinə” qarşı sanksiyalar tətbiq edib.

Elchi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, söhbət milyardlarla dollar dəyərində tədarükdən gedir. Onların İran Silahlı Qüvvələrinin Baş Qərargahı və ona işləyən “Sepehr Energy Cahan Nama Pars” (“Sepehr Energy”) şirkətinin maraqlarından çıxış etdikləri iddia edilir.

ABŞ tərəfinin versiyasına görə, bu tədarüklər nəticəsində Tehranın əldə etdiyi vəsait raket texnologiyaları və pilotsuz uçuş aparatlarının inkişafı, nüvə silahlarının yayılması, həmçinin Yəməndəki husiləri də daxil olmaqla, terrorçu və digər qrup və hərəkatların dəstəklənməsi üçün istifadə edilib. Şəbəkənin iştirakçılarının adları açıqlanmır.

ABŞ Dövlət Departamentindən vurğulanıb ki, Vaşinqton Tehrana qarşı maksimum təzyiq kampaniyası çərçivəsində İranın sabitliyi pozan hərəkətləri ilə mübarizə aparmaq üçün bütün vasitələrdən istifadə etməyə davam edəcək.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki