NATO Baş katibi Mark Rutte Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb və Ukraynada sülhün bərpası üçün imkanlar pəncərəsi olduğunu bildirib.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyədə səfərdə olan Rutte “X” sosial şəbəkəsində yazıb.
“NATO-nun növbəti sammitinə hazırlıq çərçivəsində Ankarada Prezident Ərdoğanla əla görüş keçirdik. Biz həmçinin hazırda sülhə doğru irəliləyiş üçün real imkanlar pəncərəsi olan Ukraynanı da müzakirə etdik”, – o vurğulayıb.
Bildirək ki, Rutte Türkiyəyə NATO xarici işlər nazirlərinin Antalyada keçiriləcək qeyri-rəsmi görüşünə hazırlıq çərçivəsində səfər edib.