Vyetnam hökuməti ABŞ-nin ticarət rüsumlarını yumşaltmaq məqsədilə saxta məhsullar və rəqəmsal piratçılığa qarşı mübarizəni gücləndirib.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Mənbələrin məlumatına görə, Vyetnamın gömrük xidməti ölkəyə gətirilən “Prada” (İtaliya brendi), “Gucci” və Balenciaga”nın da daxil olduğu Fransa şirkətlər qrupu “Kering”in lüks əşyaları, “Google” və “Samsung”un elektronika məhsulları, ABŞ-nin “Procter & Gamble” və “Johnson & Johnson” şirkətlərinin şəxsi gigiyena məhsullarına nəzarəti gücləndirəcək. Hökumət həmçinin “onlarla şirkətə” saxta proqram təminatından istifadənin yolverilməzliyi barədə xəbərdarlıq məktubları göndərib.
İyun ayında Vyetnam parlamentinin təsdiqləməli olduğu qanun layihəsinə əsasən, Hanoy həmçinin “Vyetnamın əqli mülkiyyət hüquqlarına ciddi riayət etmək öhdəliklərinin yerinə yetirilməsinə” nəzarət məqsədilə ixtisaslaşmış məhkəmələr yaratmağı planlaşdırır.
Agentliyin müsahiblərindən birinin sözlərinə görə, əqli mülkiyyətin qorunması üzrə tədbirlərin gücləndirilməsi ABŞ və Vyetnam arasında rüsumlarla bağlı danışıqların mövzularından birinə çevrilib ki, bu da qanunsuz yük daşımalarına qarşı mübarizəni və ABŞ şirkətlərinə qarşı tarif və qeyri-tarif tədbirlərinin yumşaldılmasını əhatə edir