image-trump-ve-prens-selman-gorusmesinde-musk-surprizi-stratejik-anlasmalar-imzalandi-17471444532294backend

Ağ Ev: ABŞ və Səudiyyə Ərəbistanı tarixin ən böyük silah müqaviləsi imzalayıb

ABŞ və Səudiyyə Ərəbistanı arasında təxminən 142 milyard dollar dəyərində “tarixin ən böyük silah satışı müqaviləsi” imzalandığı bildirilir.
Elchi.az xəbər verir ki, Yaxın Şərq turu çərçivəsində Səudiyyə Ərəbistanına səfər edən ABŞ prezidenti Donald Tramp bu ölkəyə 600 milyard dollar sərmayə qoyacağına dair öhdəlik götürüb.
Ağ Evdən verilən açıqlamada, bu çərçivədə edilən ilk razılaşmaların ABŞ-ın enerji təhlükəsizliyini, müdafiə sənayesini, texnologiya liderliyini, qlobal infrastrukturunu və kritik minerallara çıxışını gücləndirəcəyi bildirilib.
Bəyanatda qeyd olunub ki, sazişlər hər iki ölkə üçün tarixi və transformativ olub və ABŞ və Səudiyyə Ərəbistanı arasında tərəfdaşlığın yeni “qızıl dövrü”nü təmsil edir.
ABŞ və Səudiyyə Ərəbistanının “tarixin ən böyük silah satışı müqaviləsi”ni imzaladığı bildirilən açıqlamada, razılaşmanın dəyərinin təxminən 142 milyard dollar olduğu və Səudiyyə Ərəbistanının Amerikanın müdafiə şirkətlərindən ən müasir döyüş texnikası və xidmətləri ilə təmin ediləcəyi bildirilib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki