image-hp-vp_0backend

Borrell: Aİ Ukraynaya sursat tədarükünü davam etdirəcək

Avropa İttifaqı Ukraynanı sursatla təmin etməyə davam edəcək.
Elchi.az xəbər verir ki, RİA Novosti-nin verdiyi məlumata görə, bunu Avropa diplomatiyasının rəhbəri Cozep Borrell Aİ müdafiə nazirlikləri rəhbərlərinin Brüsseldə keçirilən görüşünün yekunları üzrə bildirib.
Borrell jurnalistlərlə söhbəti zamanı deyib ki, bir neçə gün əvvəl Birlik ölkələri Kiyevi milyonlarla sursatla təmin etmək tapşırığını praktiki olaraq başa çatdırıb. O vurğulayıb ki, Aİ ölkələri dayanmayacaq və Ukrayna ordusunu mərmilərlə təmin etməyə davam edəcək.
Xatırladaq ki, 2023-cü ilin fevralında Borrell Aİ ölkələrinin bir il ərzində Kiyevə bir milyon artilleriya mərmisi verəcəklərini vəd etmişdi. Lakin 2024-cü ilin martına qədər Avropa Komissiyası vədin yerinə yetirilə bilməyəcəyini etiraf etdi. Martın ortalarında Ukrayna hakimiyyət orqanları vəd edilən mərmilərin cəmi 400 minini aldıqlarından şikayətləndilər.

 

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki