image-262346172_0_0_3072_1728_1280x0_80_0_0_fac3e8ab5a038e5f976fdcbb2d185e80backend

Braziliya prezidenti Moskva və Kiyevi dialoqa qayıtmağa çağırıb

Ukraynadakı münaqişəni tez bir zamanda həll etmək üçün beynəlxalq ictimaiyyətə Moskva və Kiyev arasında birbaşa dialoq , daha doğrusu, onun bərpası lazımdır.
Elchi.az TASS-a istinadən xəbər verir ki , bunu Braziliya prezidenti Luiz İnasiu Lula da Silva BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
“Artıq aydındır ki, heç bir tərəf bütün məqsədlərinə hərbi yolla nail ola bilməyəcək. Getdikcə dağıdıcı silahlardan istifadə soyuq müharibənin mənasız qarşıdurmasının ən qaranlıq dövrlərini xatırladır. Tərəflər arasında birbaşa dialoqun bərpası üçün şəraitin yaradılması hazırda həlledici əhəmiyyət kəsb edir”, – deyə Braziliya lideri fikirlərini bildirib.
Onun sözlərinə görə, bu təklif həm Braziliyanın , həm də Çinin sülh planının təməl daşıdır.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki