image-naxcivanbackend

Naxçıvanda kənd təsərrüfatı və nəqliyyat sektoru üzrə artım müşahidə olundu

Naxçıvan Muxtar Respublikasında cari ilin yanvar-aprel aylarında kənd təsərrüfatı sahəsində 59 milyon 479 min 500 manat dəyərində məhsul istehsal olunub.
Bu barədə Elchi.az-a Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən bu göstəricinin 4 milyon 253 min 800 manatı bitkiçilik, 55 milyon 225 min 700 manatı isə heyvandarlıq sahəsinə aiddir. Ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,1 faiz artıb.
Eyni zamanda, bu ilin ilk dörd ayında nəqliyyat sektorunda da müsbət dinamika qeydə alınıb. Bu dövrdə muxtar respublikada 2 milyon 248 min 300 ton yük, 15 milyon 41 min 100 sərnişin daşınıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınmasında 0,8 faiz, sərnişin daşınmasında isə 0,7 faiz artım deməkdir.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki