image-israil-32backend

İsrailin Qəzzada klinika və məscidə hücumu nəticəsində 13 nəfər ölüb

İsrailin Qəzza zolağının şimalında yerləşən Cibaliya Qaçqınlar Düşərgəsindəki klinika və məscidə hücumu nəticəsində 13 fələstinli həlak olub.
Elchi.az xəbər verir ki, Fələstin Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal yazılı açıqlamada hücumla bağlı məlumat verib.
Basal , İsrailin Cibaliyadakı bir klinika və məscidə təşkil etdiyi bombalı hücumda 13 fələstinlinin öldüyünü, çox sayda insanın isə yaralandığını bildirib. Şahidlər həmçinin bildiriblər ki, hücumdan sonra Qəzza zolağının şimalındakı İndoneziya xəstəxanasına çoxlu ölü və yaralı gəlib.
Təcili yardım otağının hücum bölgəsindən gətirilən yaralılarla dolu olduğu bildirilib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki