Çin Ticarət Nazirliyi bildirib ki, Çin 28 ABŞ şirkəti üçün ikili təyinatlı mallara ixrac nəzarətini dayandırıb.
Elchi.az xəbər verir ki agentliyin saytında verilən açıqlamaya görə, aprelin 4-ü və 9-da Çin ümumilikdə 28 ABŞ şirkətini ixrac nəzarəti siyahısına əlavə edərək, Çin şirkətlərinə ikili təyinatlı mallar təqdim etməyi qadağan edib.
“Yüksək səviyyəli Çin-Amerika ticarət-iqtisadi danışıqları zamanı əldə olunmuş razılaşmalara uyğun olaraq, 14 may 2025-ci il tarixindən etibarən müvafiq tədbirlər 90 gün müddətinə dayandırılacaq”, – deyə məlumatda bildirilir.
Yeganə