image-ap24268749895440-pic_32ratio_900x600-900x600-28581backend

NATO-nun qarşıdan gələn sammitində Ukrayna deyil, hərbi xərclər müzakirə olunacaq

Bloomberg: NATO sammitində Ukraynaya deyil, alyansın gücləndirilməsinə diqqət yetiriləcək.
Elchi.az xəbər verir ki, NATO-nun qarşıdan gələn sammitində Ukraynanın hərbi bloka daxil olması deyil, hərbi xərclərin artırılması və istehsalın artırılması mövzusu müzakirə olunacaq. Bu barədə Bloomberg mənbələrə istinadən yazır.
Qeyd olunur ki, sammit əvvəlkilərdən daha qısa olacaq və onun yekunlarına əsasən tərəflər qısa bəyannamə qəbul edəcəklər.
Mətndən belə məlum olur ki, NATO ölkələri ABŞ prezidenti Donald Trampın tələblərini yerinə yetirmək üçün 2032-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmağa çalışır. Eyni zamanda qeyd edilir ki, bu günə kimi heç bir ölkə bu həddə çatmayıb.
NATO-nun baş katibi Mark Rutte üzv ölkələrin hərbi xərclərini ÜDM-in 3,5%-nə qədər artırmağı və müdafiə ilə bağlı digər şeylərə daha 1,5%-ni xərcləməyi təklif edir. Bloomberg yazır ki, alyans çərçivəsində müzakirə olunacaq hərbi blok ölkələrinə ətraflı və məxfi silah siyahıları göndərilib.
Mayın 9-da Hollandiyanın Baş naziri Dik Şof bəyan edib ki, NATO-nun baş katibi Mark Rutte 2032-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmaq üçün alyansa üzv ölkələrin rəhbərliyinə rəsmi müraciət göndərib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki