Fransa prezidenti Emmanuel Makron İsrail hökumətinin bu gün Qəzza zolağında etdiklərinin qəbuledilməz və biabırçı olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Fransa prezidenti Makron qonaq olduğu Fransanın TF1 kanalında milli və beynəlxalq mövzularla bağlı sualları cavablandırıb.
Qəzzada baş verənlərin “soyqırım” olub-olmadığına bir prezidentin cavab verə bilməyəcəyini müdafiə edən Makron, bu tərifin siyasi məmur tərəfindən deyil, yeri gələndə tarixçilər tərəfindən verilməsi lazım olduğuna diqqət çəkib.
Qəzzada humanitar faciənin yaşandığını və bunun qəbuledilməz olduğunu bildirən Makron, “Bu faciədir və dəhşətlidir. İsrail hökumətinin bu gün etdikləri qəbuledilməzdir. Bu, utancvericidir” deyi .
Humanitar yardım yollarının açılması üçün mübarizə aparılmalı olduğunu qeyd edən Makron, Qəzzaya humanitar yardımların girməsinin qarşısının alınması ilə bağlı “(İsrail baş naziri) Benyamin Netanyahu hökumətinin etdikləri çox ciddi problemdir” dedi.
İsrailin ABŞ silahlarından asılı olduğunu deyən Makron bölgədəki vəziyyətlə bağlı gücün ABŞ prezidenti Donald Tramp olduğunu müdafiə edib.
Şayəstə Hüseynova