ABŞ Prezidenti Donald Tramp Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsi imkanını həmişə nəzərdən keçirdiyini bildirib.
Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Mən bu barədə danışmaq istəmirəm, lakin mən həmişə ikinci dərəcəli sanksiyalar imkanını nəzərdən keçirirəm”, – o bildirib.
“Ümid edirəm ki, onlar düzgün qərar qəbul edəcəklər”, – D.Tramp qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidentinin sözlərinə görə, İrana qarşı ikinci dərəcəli sanksiyalar “ölkəni müflisləşməsinə gətirib çıxarıb”.
Xavər