image-puze-pic_32ratio_900x600-900x600-12704backend

Zelenski Türkiyədə Putinlə görüşdən nə gözlədiyini açıqlayıb

Zelenski İstanbulda Putinlə görüşündən atəşkəs və məhbus mübadiləsi gözləyir.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski İstanbulda Rusiya lideri Vladimir Putinlə mümkün görüşün atəşkəs və bütün məhbusların mübadiləsi ilə bağlı razılaşmalarla nəticələnəcəyini gözləyir. O, bu barədə Fransanın Liberation qəzetinə müsahibəsində bildirib.
Ukrayna lideri hesab edir ki, o və Putin hazırda hər şeydə razılığa gələ bilmirlər, lakin döyüşləri dayandırmaq üçün format tapmalıdırlar.
“Əgər mən Putinlə görüşsəm, siyasi qələbə ilə çıxmalıyıq – atəşkəs, bütün məhbusların bütün məhbuslarla dəyişdirilməsi və ya buna bənzər bir şey”, – Zelenski deyib.
Bir gün əvvəl Trampın xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, ABŞ Rusiya prezidentinin mayın 15-də danışıqlar üçün İstanbula gələcəyinə ümid edir.Belə olan halda diplomatın sözlərinə görə, Amerika lideri Donald Tramp da Türkiyəyə gələcək. O, həmçinin bildirib ki, Vaşinqtonda ABŞ-ın danışıqlar aparmağı planlaşdırdığı mövzuların siyahısı var və irəliləyiş əldə olunmayacağı təqdirdə Rusiyanı “ən sərt” sanksiyalarla hədələyib.
Kremlin sözçüsü Dmitri Peskov Rusiya nümayəndə heyətinin Ukrayna tərəfini İstanbulda gözləyəcəyini bildirib, lakin onun tərkibini açıqlamaqdan imtina edib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki