image-ruiybackend

Ər-Riyadda ABŞ və Körfəz ölkələrinin sammiti başlayıb

Ər-Riyadda Birləşmiş Ştatlar və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının sammiti başlayıb.

Elchi.az -ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Al Ekhbariya” telekanalı xəbər verib.

Görüş ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində keçirilir. Səudiyyə Ərəbistanı ABŞ administrasiyası rəhbərinin Yaxın Şərq turnesi çərçivəsində səfər etdiyi ilk ölkə olub.

Sammitdən əvvəl D.Tramp Suriya Prezidenti Əhməd əş-Şəraa ilə danışıqlar aparıb. Bu, ABŞ və Suriya liderlərinin 25 il ərzində ilk görüşü olub.

Görüş iştirakçılarının beynəlxalq və regional gündəliyə daxil olan bir sıra məsələləri müzakirə edəcəyi gözlənilir. Sammitin mövzuları Rusiya-Ukrayna münaqişəsi, Qəzza zolağı, Livan, Sudan və Yəməndə vəziyyətlə bağlı olacaq. Bundan əlavə, ABŞ və Körfəz ölkələrinin liderləri iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Sammitdə D.Trampla yanaşı, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səud, Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani, Bəhreyn kralı Həməd bin İsa Al Xəlifə, Küveyt əmiri şeyx Məşaal əl-Əhməd əl-Cabir əs-Sabah, Əbu-Dabi əmirliyinin vəliəhd şahzadəsi və BƏƏ prezidentinin böyük oğlu şeyx Xalid bin Məhəmməd Al Nəhayyan, həmçinin Oman Baş nazirinin müavini şeyx Əsəd bin Tariq Al Səid iştirak edirlər.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki