image-new-folder-new-folder-5-aa-32384952backend

ABŞ-ın Türkiyəyə mesajları İsraili narahat edir

İsrailin bölgədə Tel-Əvivə məxsus olan təkmil F-35 döyüş təyyarələrinin Türkiyəyə satışı ilə bağlı etirazlarını ABŞ-a çatdırdığı bildirilib.
Elchi.az xəbər verir ki, “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, yüksək səviyyəli İsrail rəsmiləri Tramp administrasiyasına mesajlar göndərərək Tel-Əvivin F-35 gizli döyüş təyyarələrinin Türkiyəyə mümkün satışına qarşı olduğunu bildiriblər.
İsrail rəsmiləri bu satışın Təl-Əvivin bölgədəki “ixtisaslı” hərbi üstünlüyünün azalmasına səbəb ola biləcəyindən narahat olduqlarını bildiriblər.
Hesabatda ABŞ-ın keçmiş prezident Co Bayden dövründə Türkiyəni sərt şəkildə tənqid etdiyi və F-35-lərin satışını dayandırmağa qədər getdiyi qeyd edilib.
Baş nazir Benyamin Netanyahu bu yaxınlarda parlamentin Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsində keçirilən brifinqdə məsələyə toxunaraq, “İsrailin razılaşmaya qarşı olduğunu və bu satışın qarşısını almaq üçün diplomatik səylərin davam etdiyini” vurğulayaraq, komitə üzvlərinin iclasdan satış prosesinin demək olar ki, başa çatdığı təəssüratıyla ayrıldığını bildirib.
ABŞ Türkiyəyə F-35 qırıcı təyyarələri satmağa hazır görünür
“ABŞ-ın Türkiyəyə F-35 döyüş təyyarələri satmağa hazır göründüyünə” diqqət çəkən xəbərdə “İsrail Tramp və Ərdoğan arasındakı yaxın münasibətdən narahatdır”,- ifadəsi işlədilib.
Bu təminatlara baxmayaraq, İsrail rəsmiləri ABŞ-ın Ankaranın düşmənçiliyini cilovlamaq üçün heç bir səy göstərmədiklərini və hətta Vaşinqtonun Ərdoğan hökuməti ilə sıx əlaqə saxladığını deyirlər.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki