Danimarka hökuməti Qəzza zolağında baş verən humanitar böhrana cavab olaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili iclasını çağırdığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Danimarkanın DR dövlət televiziyasının məlumatına görə, xarici işlər naziri Lars Lokke Rasmussen keçirdiyi mətbuat konfransında ölkəsinin İsraili Qəzzaya hücumlarını dayandırmağa çağırdığını açıqlayıb.
Qəzzadakı vəziyyəti “narahatedici və dayanıqsız” olaraq xarakterizə edən Rasmussen ölkəsinin İsrailin Qəzzaya hücumlarını dayandırması üçün artan beynəlxalq çağırışları dəstəklədiyini bildirib.
Nuranə Məmmədova