image-16774976616468665290_1200x630backend

“Ukrayna müharibəsinin yeganə həlli ədalətli sülhdür” – Quterreş

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, Rusiya-Ukrayna müharibəsinin yeganə həlli ədalətli sülhdür və bu, BMT Nizamnaməsi və beynəlxalq hüquqa, o cümlədən Ukraynanın ərazi bütövlüyünə hörmət çərçivəsində əldə edilməlidir.

Elchi.az xəbər verir ki, Berlində nazirlər səviyyəsində keçirilən BMT-nin Sülhməramlı Konfransından sonra Antonio Quterreş, Almaniyanın müdafiə naziri Boris Pistorius və Almaniyanın xarici işlər naziri Yohan Vadeful birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar.

“Bizim üçün yeganə həll yolu ədalətli sülhdür. Bu, BMT Nizamnaməsinə və beynəlxalq hüquqa, o cümlədən Ukraynanın ərazi bütövlüyünə hörmət çərçivəsində olmalıdır”, – Quterreş deyib.

Tərəflərin razılaşacağı təqdirdə BMT-nin tələb oluna biləcək dəstəyi verməyə hazır olduğunu vurğulayan Quterreş qeyd edib: “Ancaq bu, əlbəttə ki, bizdən asılı deyil, tərəflərə bağlıdır. Əgər təsvir etdiyim atəşkəs və sülhün Təhlükəsizlik Şurası tərəfindən bəyəniləcəyi açıqdırsa, böyük bir addım olacaq, amma bunun asan bir iş olmayacağının da fərqindəyəm”.

Almaniyanın sülhməramlı və humanitar yardım səylərində BMT-nin əvəzsiz tərəfdaşı olduğunu bildirən Quterreş sülhməramlı əməliyyatlar BMT-nin təməl daşlarından biridir deyib.

Quterreş sülhməramlıların bütün dünyada problemli bölgələrdə və münaqişə xəttlərində dinc sakinləri qorumaq və humanitar yardım axınını təmin etmək üçün çox çalışdıqlarını bildirib və bu yolda həyatını itirənlərin xatirəsini yad edib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki