ABŞ noyabrda Cənubi Afrika Respublikasında keçiriləcək G20 sammitinə hazırlığı dayandırıb.
Elchi.az xəbər verir ki bu barədə ABŞ prezidenti Donald Tramp administrasiyasındakı mənbələrə istinadən “The Washington Post” qəzeti yazıb.
“Ağ Evin Milli Təhlükəsizlik Şurası ABŞ agentliklərinə və departamentlərinə bu il Cənubi Afrikanın ev sahibliyi etməsi planlaşdırılan G20 konfransı ilə işi dayandırmağı əmr edib”, – deyə məlumatda bildirilir.
Qeyd edilir ki, bu qərar uzun idarələrarası koordinasiya və hazırlıq tələb edən tədbirdə iştirakın məqsədəuyğunluğu ilə bağlı əvvəllər mübahisələrin mövcud olduğu administrasiya daxilində qeyri-müəyyənliyi aradan qaldırıb.
Yeganə