ABŞ prezidenti Donald Trampın ailəsinin biznes imperiyası Ağ Evdə oturan şəxsin prezidentlik müddətinin ilk ayı ərzində ən azı 2 milyard dollar gəlir əldə edib.
Elchi.az xəbər verir ki bu barədə “The New York Times” maliyyə sənədlərinə və mənbələrə istinadən məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, əsas gəlir kriptovalyuta layihələrinə xarici investisiyalar, daşınmaz əmlak və eksklüziv klub təşəbbüsləri ilə bağlıdır. Kiçik Donald Tramp tərəfindən idarə olunan TRUMP kriptovalyutasının buraxılması ən azı 174 milyon dollar toplayıb. Bundan əlavə, BƏƏ Erik Tramp və Kiçik Donald Trampın rəhbər vəzifələrdə olduğu World Liberty Financial kripto layihəsinə 2 milyard dollar sərmayə qoyub.
NYT xəbər verir ki, Ağ Ev biznesin tamamilə prezidentin oğulları tərəfindən idarə olunduğunu iddia edərək, maraqların toqquşmasını inkar edir. Nəşr qeyd edir ki, hazırkı prezidentin ailəsinin biznes strukturlarına daxil olan cari gəlirlərin ABŞ-ın müasir tarixində heç bir presedenti yoxdur.
Yeganə