İran parlamenti Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossiyə ünvanladığı rəsmi müraciətdə bəyan edib ki, təşkilat rəhbərliyi anti-İran siyasətini davam etdirsə, Tehran uranın zənginləşdirilməsi səviyyəsini silah səviyyəsində 93%-ə çatdıra bilər.
Elchi.az bu barədə “Reuters”-ə istinadən xəbər verir.
“Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin 4-cü maddəsinə uyğun olaraq, İran xalqının MAQATE-nin mühafizəsi və nəzarəti altında olan nüvə proqramının dinc xarakter daşıması şərti ilə tədqiqat və təkmilləşdirmə işləri aparmaq, nüvə enerjisi istehsal etmək və istifadə etmək kimi ayrılmaz üç hüququ var.
Buna əsaslanaraq, İran İslam Respublikası nüvə sahəsində tədqiqat və inkişaf sahəsində heç bir məhdudiyyətə malik deyil və elmi, tibbi və sənaye ehtiyaclarına uyğun olaraq uranı 93%-ə qədər zənginləşdirmək hüququna malikdir”, – İRNA agentliyi sənədin mətnindən sitat gətirir.
Yeganə