Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putin olmadan Türkiyədə danışıqlara hazır olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki bu barədə o, Teleqram kanalında yazıb.
“Bu gün Türkiyədə formatla bağlı komanda ilə bir neçə görüş keçirdik. Mən Rusiyadan kimin gələcəyini gözləyirəm, sonra Ukraynanın hansı addımlar atacağını müəyyənləşdirəcəm. Ukrayna istənilən formatda danışıqlara hazırdır və biz görüşlərdən qorxmuruq”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın danışıqlarda iştirakı ən güclü arqument ola bilər.
Yeganə