Türkiyənin xarici işlər naziri Hakan Fidan və Ukraynanın xarici işlər naziri Andrii Sybiha arasında Antalyada keçirilən görüşdə Ukrayna ilə Rusiya arasında atəşkəsin əldə edilməsi və davamlı sülhün bərqərar edilməsi səyləri qiymətləndirilib.
Elchi.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Görüşdə Ukrayna ilə Rusiya arasında atəşkəsə nail olmaq və davamlı sülhün bərqərar olması səyləri müzakirə edilib.
Nazir Fidan qeyd edib ki, Türkiyə Ukraynada sülhün əldə olunması üçün vasitəçilik və danışıqlara ev sahibliyi də daxil olmaqla hər cür dəstəyi verməyə hazırdır.
Görüşdə həmçinin Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə planlaşdırılan səfərinə hazırlıq müzakirə edilib.
Nuranə Məmmədova