image-upload-pt3-pic_32ratio_900x600-900x600-88487backend

Trampın Türkiyəyə səfər etməkdən imtinasının səbəbi açıqlanıb

ABC News: Tramp Türkiyəyə səfərini ləğv etdi, çünki Putin ora getməkdən imtina etdi.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlarda iştirakdan imtina etməsindən sonra ABŞ prezidenti Donald Tramp Türkiyəyə səfərini ləğv edib. Bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Rusiya liderinin Türkiyəyə səfər etməmək qərarına gəlməsindən sonra Trampın İstanbul danışıqlarının potensial iştirakçıları siyahısından çıxarıldığı bildirilir. Vurğulanır ki, ABŞ prezidenti səfəri o halda mənalı hesab edib ki, Putin şəxsən müzakirələrdə iştirak etsin.
Daha əvvəl Reuters agentliyi Trampın Rusiya və Ukrayna arasında danışıqlarda iştirak etmək üçün Türkiyəyə getməyəcəyini bildirmişdi.
Çərşənbə günü Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibi ilə bağlı fərman imzalayıb. Sənədə əsasən, nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski başçılıq edəcək. Bundan əlavə, onun tərkibinə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və Rusiya Federasiyasının müdafiə nazirinin müavini Aleksandr Fomin, eləcə də ekspert qrupu daxil olacaq.
Mayın 12-də Prezident Trump, “faydalı hesab etdiyi təqdirdə” mayın 15-də İstanbula uçmağı düşündüyünü söylədi. O, həm Putinin, həm də Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə uçacağına ümid etdiyini bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki