Müdafiə Sənayesi Nazirliyinə məxsus Mərkəzi Təminat və Marketinq İdarəsi MMC-nin direktoru Qabil Eyyubov vəzifəsindən azad edilib.
Elchi.az Report-a istinadla xəbər verir ki, şirkətə rəhbərlik Soltan Qasımova həvalə olunub.
O, yaxın aylara qədər nazirliyə məxsus Radioquraşdırma Zavodu MMC-nin direktoru olub.
Xatırladaq ki, “Mərkəzi Təminat və Marketinq İdarəsi” ölkə Prezidentinin 27 sentyabr 2006-cı il tarixli fərmanı əsasında yaradılıb. İdarənin fəaliyyəti əsasən nazirliyin və onun tabeliyində olan müəssisələrin fəaliyyətlərinin həyata keçirməsini təmin etmək üçün avadanlıq, dəstləşdirici hissələrin və mal-material dəyərlərinin təchizatı ilə bağlı işlər və digər xidmətlərin təşkilindən ibarətdir.