image-gazze-goc-afp-2138107_1backend

Qəzza DİN: İsrail insanları köç etməyə məcbur etməklə beynəlxalq hüququ pozur

Qəzzanın Daxili İşlər Nazirliyi xəstə və köçkün dinc əhalinin sığındığı ərazilərə hücumla hədələyən İsraili insanları evlərindən zorla köçürməklə beynəlxalq hüququ pozmaqda ittiham edib.
Elchi.az xəbər verir ki, “Biz İsrail işğalçı qüvvələrini heç bir əsas olmadan vətəndaşları evlərindən zorla köçürməklə törətdikləri bu cinayətə görə tam məsuliyyət daşıyırıq”, – nazirliyin bəyanatında deyilir.
İsrail Ordusunun sözçüsü Aviçay Adraee dünən X sosial media platformasındakı paylaşımında Qəzza şəhərindəki bir çox məktəbə, o cümlədən Qəzza İslam Universiteti və Şifa xəstəxanasına hücum edəcəklərini açıqlayıb.
İsrail ordusu hücumla hədələdiyi bölgədə 7 Fələstin vətəndaşının adını dərc edərək, bu şəxslərin HƏMAS və İslami Cihad üzvləri olduğunu və HƏMAS-ın Qəzzada mülki binalarda, xüsusilə xəstəxanalar, məktəblər və mülki mərkəzlərdə hərbi əməliyyatlar apardığını bildirib.
Qəzza Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edərək, “İsrailin mülki şəxsləri təhdid edən bəyanatında səsləndirdiyi bütün iddialar əsassızdır” deyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki