Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni direktor təyinatı olub.
Bu barədə Elchi.az – a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bununla bağlı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru vəzifəsinə təyin olunub.
Xatırladaq ki, Leyla Quliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. 2002-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (musiqişünaslıq ixtisası) bakalavr və 2004-cü ildə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib.
2004-cü ildə Azərbaycan Milli Konservatoriyasının (AMK) Musiqinin tarixi və nəzəriyyəsi kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. 2008-ci ildə “Cahangir Cahangirov yaradıcılığının üslub xüsusiyyətləri” mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. 2022-ci ildə həmin kafedranın professoru vəzifəsinə seçilib.
O, 2013-2023-cü illərdə AMK-nın İfaçılıq və Musiqi sənəti fakültələrinin dekanı vəzifələrində çalışıb. 2023-cü ildən son təyinatadək konservatoriyadakı İmtahan Mərkəzinin rəhbəridir.
L.Quliyeva “Xarici musiqi tarixi”, “Musiqi tarixi”, “Müasir musiqi” proqramlarının, bəstəkarlar Azər Rzayev və Həsən Rzayevlə bağlı kitabçaların, “Cahangir Cahangirov” adlı monoqrafiya və digər nəşrlərin müəllifidir.

Quliyeva Leyla Zəki qızı 1980-cı ildə Bakı şəhərində ziyalı ailədə anadan olub. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olub.1998-ci ildə bu məktəbi fərqlənmə ilə bitirib. Həmin ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqişünaslıq” ixtisasına daxil olub, 2002-ci ildə Bakalavr, 2004-cü ildə Magistr səviyyələri üzrə Fərqlənmə Diplomu ilə Ali məktəbi bitirib. Həmin ildən Azərbaycan Milli Konservatoriyasında “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında pedoqojı fəaliyyətə başlayıb. 2005-ci ildə BMA-da Dissertanturaya qəbul olunaraq, 2008-ci ildə Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Cahangir Cahangirov yaradıcılığının üslub xüsusiyyətləri” mövzusunda Dissertasiya işi müdafiə edib. 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən təstiq olubmuş Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 2019-cu ildə isə Dosent Elmi adına layiq görülmüşdür. 2013-2023-cü illər ərzində Azərbaycan Milli Konservatoriyasında “İfaçılıq” fakültəsinin Dekanı, 2023-2025 illərdə AMK-nın İmtahan Mərkəzinin rəhbəri vəzifəsində çalışıb. 20 ildən artıqdır ki, elmi fəaliyyət ilə məşğul olur. Bu illər ərzində yerli və xarici nəşrlərdə bir sıra məqalələri dərc olunub. Respublika və Beynəlxalq konfrans və simpoziumlarda daima məruzələr ilə çıxış edir. Cahangir Cahangirov adlı monoqrafiyanın, bəstəkar Azər Rzayev, Həsən Rzayev yaradıcılığına həsr olunmuş kitabların, dərs və metodik vəsaitlərinin, bir sıra dərs proqramların və s. müəllifidir.