image-bankbackend

AMB bu banklara icrası məcburi sərəncamlar verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Sənaye Bankı” və “Bank Avrasiya” ASC-lərə icrası məcburi sərəncamlar verib.
Elchi.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, banklar “Banklarda korporativ idarəetmə Standartları”nın 4.8-ci bəndinin tələbini pozub.
Odur ki, “Banklar haqqında” qanunun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq kredit təşkilatlarına müvafiq pozuntu hallarının gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncamlar verilib.

 

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki