image-antonio-costabackend

Şimali Makedoniyanın gələcəyi Aİ-dədir

Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta Şimali Makedoniyanın gələcəyinin Aİ-də olduğunu bildirib.
Balkan ölkələrini ziyarət edən Kosta , Serbiya , Bosniya və Herseqovina , Monteneqro və Kosovodan sonra Şimali Makedoniyanın paytaxtı Skopyeyə gəlib.
Elchi.az xəbər verir ki, Kosta Skopyedə Şimali Makedoniyanın Baş naziri Hristijan Mickoski ilə görüşüb və birgə mətbuat konfransı keçirib.
“İnanıram ki, genişlənmə hamımızın paylaşdığı ümumi məqsəd və hamımızın sülh, təhlükəsizlik və sabitliyə qoya biləcəyimiz ən yaxşı geostrateji sərmayədir”, – Avropa Şurasının prezidenti bildirib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki