image-fbfd48b4-45b4-3d67-9532-a962732f86ae_850backend

Medinski: “Məqsədimiz uzunmüddətli sülhə nail olmaqdır”

İstanbul sülh danışıqlarında iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Rusiyanın İstanbuldakı konsulluğunda açıqlama verib.
Elchi.az xəbər verir ki, bunu İstanbulda keçirilən brifinqdə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
Onun sözlərinə görə, Rusiya bu danışıqları “təəssüf ki, üç il əvvəl Ukrayna tərəfinin dayandırdığı” İstanbul sülh prosesinin davamı kimi qiymətləndirir.
“Bizim rəsmi nümayəndə heyətimiz prezidentin sərəncamı ilə təsdiq edilib və danışıqlar aparmaq üçün bütün lazımi səlahiyyətlərə malikdir. Rusiya nümayəndə heyəti konstruktiv əhval-ruhiyyədədir, mümkün həll yolları və ortaq nöqtələrin axtarışına köklənib”, – Medinski deyib.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki