Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 11 min 206 nikah və 4 min 765 boşanma halları qeydə alınıb.
Elchi.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,0-dan 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb