image-89ccc991-ab54-35eb-9d64-9e0f044df194_85klopbackend

Türkiyədə həftə ərzində 7-si terrorçu olmaqla 192 nəfər sərhəddə saxlanılıb

Türkiyədə həftə ərzində sərhəd təhlükəsizliyi tədbirləri çərçivəsində 7-si terror təşkilatı üzvü olmaqla 192 nəfər saxlanılıb.

Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, təhlükəsizlik tədbirləri nəticəsində həftə ərzində 2 min 527 nəfərin isə sərhədi keçməsinin qarşısı alınıb.

Məlumatda o da bildirilib ki, yanvarın 1-dən bu yana Türkiyə sərhədlərini qanunsuz keçməyə cəhd edərkən saxlanılanların sayı 2 min 33 nəfərə çatıb.

Qeyd edək ki, qanunsuz sərhəd pozucularının sayı isə 32 min 184 nəfər olub.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki