ABŞ Rusiya ilə davam edən müharibədə təcili ehtiyac duyulan silah və texnikadan ibarət Ukraynaya 250 milyon dollarlıq yeni hərbi yardım paketi elan edib.
Elchi.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən açıqlamada Vaşinqton administrasiyasının Kiyevə əlavə hərbi dəstəyi davam etdirdiyi bildirilib.
Açıqlamada, Ukraynanın Rusiya ilə davam edən müharibəsində müdafiə məqsədləri üçün təcili ehtiyac duyulan silah və texnikanın yer aldığı yeni hərbi paketin 250 milyon dollar dəyərində olduğu, paketə hava hücumundan müdafiə raketləri, raket sistemləri, artilleriya üçün sursatların daxil olduğu, tank əleyhinə silahlar, Bradley piyada döyüş maşınları və digər zirehli maşınların tapıldığı qeyd edilib.
ABŞ-ın müdafiə naziri Lloyd Austin dünən verdiyi açıqlamada, ABŞ prezidenti Co Baydenin Almaniyanın Ramşteyn Bazasında keçirilən 24-cü Ukrayna Müdafiə Əlaqə Qrupu toplantısında 250 milyon avroluq yardım paketini elan edəcəyini açıqlayıb.
Şayəstə Hüseynova