Kremlin sözçüsü Dmitri Peskov Yaxın Şərqdə münaqişənin genişlənməsinin region üçün “fəlakətli” olacağını bildirib.
Elchi.az xəbər verir ki, Peskov Yaxın Şərqdəki vəziyyətlə bağlı jurnalistlərə açıqlamalar verib .
Bölgədə hərbi əməliyyatların coğrafiyasının genişləndiyinə diqqət çəkən Peskov, Livan cəbhəsinin də münaqişələrə əlavə olunduğunu bildirib.
“Bütün bunlar, əlbəttə ki, mülki infrastrukturun məhvinə gətirib çıxarır. On minlərlə insan evlərini, dolanışıq vasitələrini və işlərini itirir”, – Peskov bildirib.
Münaqişə coğrafiyasının genişlənməsindən bəhs etmək belə istəmədiyini vurğulayan Peskov, “Bütün bunların nəticələri region üçün fəlakətlidir” deyib.
Suriyada Rusiyanın Hmeymim Hərbi Hava Bazasının olduğunu xatırladan və vəziyyətin daha da pisləşəcəyi təqdirdə Rusiyanın hansı addımları atacağı ilə bağlı sualı cavablandıran Peskov, bu mövzuda hər hansı bir mühakimə yürütməyin düzgün olmayacağını bildirib.
Peskov Ukraynanın atəşkəsə hazır olub-olmaması ilə bağlı şərtlərlə bağlı heç bir siqnal almadıqlarını da qeyd edərək, mətbuatda məsələ ilə bağlı çoxlu spekulyasiyalar olduğunu və bununla bağlı heç kimin addım atmadığını bildirib.
Peskov Ukraynaya döyüşmək üçün Şimali Koreyadan qoşun göndərilməsi ilə bağlı iddiaları da rədd edib.
Nuranə Məmmədova