image-2024-06-27t121740z_620755351_rc2oj8ap1c0q_rtrmadp_3_ukraine-crisis-eu-security-pic_32ratio_900x600-900x600-53083backend

Zelenski yenidən danışıqların zəruriliyindən danışıb

Zelenski: Münaqişə dialoqla bitəcək, lakin bunun üçün güclü mövqelər lazımdır.
Ukrayna prezidenti Vladimir Zelenski bir daha bəyan edib ki, Ukraynadakı münaqişə gec-tez danışıqlar yolu ilə bitəcək.
Elchi.az xəbər verir ki, o, bu barədə ölkə Prezidentinin aparatının YouTube-dakı kanalında yayımlanan mətbuat konfransında bildirib.
“Hər şey dialoqla bitəcək, lakin bizim dialoq üçün güclü mövqelərimiz olmalıdır”, – deyə Zelenski bildirib.
Bundan əvvəl, avqustun 27-də Zelenski Ukraynanın ABŞ-a göstəriləcək “qələbə planı” olduğunu açıqlamışdı. Ukrayna liderinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu bu planın birinci hissəsidir.
İkinci hissə “Ukraynanın dünyanın təhlükəsiz infrastrukturunda strateji yerinin” müəyyənləşdirilməsini nəzərdə tutur, üçüncü hissədə “Rusiyanı müharibəni diplomatik yolla bitirməyə məcbur edən güclü paket” olmalıdır, dördüncü hissə isə “iqtisadi” olacaq.
Planı həyata keçirmək üçün, Zelenskinin sözlərinə görə, uğur üçün Kiyevə “nəsə verməli” olan ABŞ prezidentinin razılığı lazımdır. Ukrayna prezidenti söhbətin konkret nədən getdiyini açıqlamayıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki